“Mặt trời mọc” của Mai Văn Phấn đến Azerbaijan - Vyetnamlı May Van Fanın Azərbaycanda ilk kitabının təqdimatı keçirilib - Ganira Pashayeva
“Mặt trời mọc” của Mai Văn Phấn đến Azerbaijan
Bà Ganira Pashayeva (ảnh chụp trực tuyến)
Ganira Pashayeva*
NDO
- Với sự hỗ trợ của Ủy ban Văn hóa của Quốc hội nước Cộng hòa Azerbaijan, Viện
Nghiên cứu quốc tế Á - Âu và Phân hiệu Guba của Đại học Sư phạm quốc gia
Azerbaijan, buổi giới thiệu cuốn sách đầu tiên của nhà thơ Mai Văn Phấn đã được
tổ chức tại Azerbaijan.
Chúng tôi (Ganira Pashayeva - người quản lý dự án tập thơ “Gün doğarkən” (tạm
dịch: “Mặt trời mọc”) của nhà thơ Mai Văn Phấn vừa xuất bản tại Azerbaijan) đã
đến thăm Việt Nam nhiều lần, gặp gỡ các trí thức, nhà văn, các nhà hoạt động
văn hóa và các nghệ sĩ, những người có ý tưởng và sáng kiến mới để mở rộng quan
hệ, tương trợ lẫn nhau.
Ngày
hôm nay, việc đề xuất những ý tưởng và sáng kiến đó đã được hiện thực hóa với
việc dịch các bài thơ của Mai Văn Phấn sang tiếng Azerbaijan. Và việc lần đầu
tiên xuất bản cuốn sách của tác giả Việt Nam tại Azerbaijan như một minh chứng
sinh động cho tình hữu nghị giữa hai dân tộc chúng ta. Tác phẩm của Mai Văn
Phấn đã phản ánh rõ nét bản sắc văn hóa và tinh thần của Việt Nam. Ông luôn tôn
trọng mối quan hệ với đất nước Azerbaijan. Qua đây, chúng tôi cũng thấy rằng,
cần thiết phải đào tạo các dịch giả, biên dịch viên chuyên nghiệp để mở rộng
hơn nữa mối quan hệ văn hóa, trong đó có văn học Azerbaijan - Việt Nam.
Trong buổi giới thiệu sách trực tuyến vừa diễn ra chiều ngày 29/9, nhà thơ
Akbar Goshal - Người chủ trì, chuyên gia Ủy ban Văn hóa của Quốc hội
Azerbaijan, người đoạt Giải thưởng Văn học quốc tế “Alash” đã chia sẻ về tiến
trình dịch thuật, xuất bản tập thơ “Mặt trời mọc”. Nữ thi sĩ kiêm dịch giả Afag
Shikhli, Giám đốc Quỹ giáo dục AYB Matx-cơ-va, thành viên Hội đồng cố vấn của
Bộ Ngoại giao là người đã dịch các bài thơ của Mai Văn Phấn trong tập thơ “Mặt
trời mọc”. Bà đã đánh giá cao tác phẩm của Mai Văn Phấn, một người mà tác phẩm
đã vượt ra khỏi biên giới quốc gia đến với bạn đọc quốc tế qua hơn 40 thứ tiếng
trên thế giới (trong đó có tiếng Nga, Anh, Pháp, Belarus, Italy, Tây Ban
Nha...).
Còn
theo ông Ali Masimli - Trưởng nhóm công tác Quan hệ liên nghị viện Azerbaijan -
Việt Nam, thành viên nhóm công tác Iltizam Yusifov đánh giá, nhà thơ Mai Văn
Phấn đã làm rung động trái tim bạn đọc thế giới bằng những vần thơ giàu cảm
xúc. Hơn thế, ông còn được thế giới công nhận và yêu mến bởi sức hấp dẫn của
tính dân tộc độc đáo được thể hiện trong các tác phẩm của mình. Việc xuất bản
tập thơ “Mặt trời mọc” của Mai Văn Phấn là một sự kiện quan trọng trong mối
quan hệ văn hóa, văn học hai nước.
Được
biết, từ những năm trước, PGS, TS Tarana Turan Rahimli - Nữ thi sĩ kiêm dịch
giả, nhà phê bình văn học, ủy viên Hội đồng cố vấn Liên minh các nhà văn trẻ
Thổ Nhĩ Kỳ thế giới, đã dịch 10 bài thơ của Mai Văn Phấn sang tiếng Azerbaijan.
Các bài thơ này đã được đăng trên báo chí của Azerbaijan, Việt Nam và Bỉ. Bà
Tarana Turan chia sẻ, khi đọc thơ Mai Văn Phấn, bà cảm thấy như đã nhìn bức
tranh toàn cảnh về thiên nhiên và con người Việt Nam, độc giả Azerbaijan sẽ
thích thú những bài thơ độc đáo này.
Nhà
thơ kiêm dịch giả, TS Nguyễn Quốc Hùng, thành viên Viện Hàn lâm Khoa học Liên
bang Nga đã đánh giá việc xuất bản cuốn sách “Mặt trời mọc” là đóng góp quý báu
cho quan hệ Azerbaijan - Việt Nam, đồng thời bày tỏ mong muốn mở rộng hơn nữa
mối giao lưu văn học này trong tương lai.
Góp
mặt tại buổi ra mắt sách trực tuyến, nhà thơ Mai Văn Phấn đã bày tỏ lòng biết
ơn sâu sắc đến tất cả những người đã đóng góp cho việc xuất bản và trình bày
cuốn sách của ông. Ông cũng nhận xét tổng quan về thơ Azerbaijan đương đại,
đánh giá tóm tắt phong cách thơ của ba nhà thơ Akbar Goshali, Afag Shikhli và
Tarana Turan Rahimli khi ông cùng một số dịch giả Việt Nam dịch thơ của những
nhà thơ này sang tiếng Việt.
Cuối
buổi giới thiệu cuốn sách, bà Ganira Pashayeva đã bầy tỏ mong muốn được gặp gỡ
nhà thơ Mai Văn Phấn trong tương lai ở Việt Nam và Azerbaijan, tại các buổi
thuyết trình trực tiếp, rộng rãi thi phẩm “Mặt trời mọc”.
(Shahin
Nguyen Le lược dịch
từ tiếng Azerbaijan)
*
Chủ nhiệm Ủy ban Văn hóa của Quốc hội Azerbaijan, Chủ tịch Ủy ban Liên Nghị
viện Azerbaijan - Việt Nam.
(Nguồn: Báo Ngày Nay)
Nhà thơ AkbarGoshal - Người chủ trì buổi giới thiệu sách trực tuyến
Nguyên bản tiếng Azerbaigan:
Vyetnamlı May Van Fanın Azərbaycanda ilk kitabının təqdimatı keçirilib
Ganire Pashayeva
MM Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli Vyetnam şairi və yazıçısı May Van Fanın Azərbaycanda ilk kitabının təqdimatı keçirilib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli Vyetnam şairi, yazıçı və tərcüməçi May Van Fanın Azərbaycanda ilk şeirlər kitabının təqdimatında geniş çıxış edib, May Van Fanı Azərbayacana səfərə dəvət edib, habelə Azərbaycan-Vyetnam ədəbi-mədəni əlaqələrini daha da genişləndirmək üçün peşəkar tərcüməçilərin yetişdirilməsi zərurətini vurğulayıb.
Onlayn təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı, əsərləri bir çox dillərə tərcümə olunmuş görkəmli Vyetnam şairi May Van Fanın bu günlərdə Azərbaycanda gün üzü görmüş “Gün doğarkən” adlı şeirlər kitabının məziyyətlərindən danışıb. O, Vyetnamlı şairin Azərbaycanda ilk kitabı olan “Gün doğarkən”in ilk təqdimatının Milli Məclisinin Mədəniyyət Komitəsi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə baş tutduğunu bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva təqdimatdakı çıxışında Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin qurulmasında və inkişafında vaxtilə, Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana (1959) və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdə Vyetnama (1983) səfərinin xüsusi önəm kəsb etdiyini vurğulayıb. Həmin səfərlərin iki xalq arasında tarixi və mədəni əlaqələrin önəmli səhifəsini yaratdığını qeyd edən Q.Paşayeva Sovet dönəmində yüzlərlə vyetnamlı tələbənin Azərbaycanın ali təhsil ocaqlarında oxuduğunu, onların çoxunun hazırda Vyetnamın dövlət və hökumət strukturlarında müxtəlif vəzifələrində çalışdığını da bu dostluğun bəhrəsi kimi dəyərləndirib.
Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin 23 sentyabr 1992-ci ildə qurulduğunu, 2013-cü ildən Azərbaycanın Vyetnamda səfirliyinin fəaliyyət göstərdiyini xatırladan Q.Paşayeva, bunun iki ölkə arasındakı diplomatik münasibətlərin irəliləyişinə səbəb olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin (18-19 may 2014-cü il), Vyetnamın (o vaxtkı) Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfərinin (13-15 may 2015-ci il) Azərbaycan–Vyetnam əlaqələrinin tarixində yeni səhəfələr açdığını, eləcə də mədəniyyət sahəsində əməkdaşlığa ciddi töhfələr verdiyini vurğulayıb.
Hər iki ölkənin müvafiq nazirlikləri və digər qurumları arasında birbaşa əlaqələrin qurulmasını qeyd edən millət vəkili, Vyetnam Milli Assambleyasında Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupu, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, habelə Azərbaycan Elmi, Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib.
Vyetnamda bir neçə dəfə səfərdə olan Q.Paşayeva ölkənin rəsmi şəxsləri ilə yanaşı tanınmış QHT və KİV rəhbərləri, aydınlar, yazarlar, mədəniyyət işçiləri və incəsənət xadimləri ilə görüşləri zamanı qarşılıqlı əlaqələrin genişlənməsi üçün yeni ideyalar və təşəbbüslər meydana çıxdığını, həmin ideya və təşəbbüslərin bu gün gerçəkləşməsini sevindirici hal kimi dəyərləndirib. Kitabın layihə rəhbəri kimi görkəmli Vyetnam şairi May Van Fanın şeirlərinin Azərbaycan dilinə tərcüməsini, Azərbaycanda ilk dəfə kitab şəklində nəşr olunmasını xalqlarımız arasındakı dostluq tellərinin bariz örnəyi kimi vurğulayıb.
May Van Fanın yaradıcılığının Vyetnam mədəni-mənəvi iqlimini gözəl şəkildə əks etdirdiyini qeyd edən Q.Paşayeva görkəmli Vyetnam şairinin ölkəmizə münasibətində əsil ziyalı kimi dürüst mövqe tutduğunu bildirib: “May Van Fan məhz o vicdanlı şairlərdəndir ki, 44 günlük müharibə vaxtı Azərbaycanın haqlı davasına mənəvi dəstək nümayiş etdirmişdir. Qardaş Özbəkistanın nüfuzlu “Kitab dünyası” qəzetinin baş redaktoru, dəyərli bacım Xasiyyət Rüstəmin təşəbbüsü ilə (müharibənin gedişində) hazırlanmış müvafiq Bəyanata imza atmış tanınmış şairlərdən biri də May Van Fan idi”. Komitə sədri May Van Fanın “Gün doğarkən” adlı şeirlər kitabının Azərbaycan-Vyetnam mədəni əlaqələrinin ən yeni tarixində elə məhz Gün kimi doğacağına inamını ifadə edərək, Vyetnamlı şairi Azərbaycana – Qarabağa, Şuşaya dəvət edib.
May Van Fanın “Gün doğarkən” kitabındakı şeirlərin tərcüməçisi, AYB Moskva bölməsinin katibi, DGTYB Məsləhət Şurasının üzvü, şair-tərcüməçi Afaq Şıxlı da, şöhrətilə öz ölkəsinin hüdudlarını aşıb keçmiş çağdaş Vyetnam şairi və nasiri May Vay Fan yaradıcılığını yüksək qiymətləndirərək, onun ictimai xadim kimi də daim obyektiv mövqeyi ilə fərqləndiyini vurğulayıb. II Qarabağ savaşı zamanı Azərbaycanı dəstəkləmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevə müraciətlə yazılan məktubda onun da imzası olduğunu minnətdarlıqla vurğulayıb. O, May Van Fanın da imzaladığı Bəyanatdan misal gətirib: “Biz – şairlər və yazıçılar müharibələrə qarşı olsaq da, sizin fərqli durumunuz hər birimizi düşünməyə vadar edir. Siz kiminsə torpaqlarını zəbt etmirsiniz. Siz öz ölkənizdə, öz torpaqlarınızı azad etmək üçün döyüşürsünüz. Həqiqətsevər siyasətçilərin də dediyi kimi, Sizin başqa çıxış yolunuz yoxdur. Bilirik ki, Azərbaycanın və Azərbaycan xalqının gələcəyi naminə bu addımı atmalı idiniz. Biz Sizi və Sizin xeyirxah xalqınızı ürəkdən dəstəkləyirik”! Şairin əsərlərinin dünyanın 40-a yaxın dilinə (o cümlədən: rus, ingilis, fransız, belorus, italyan, ispan və s.) tərcümə edildiyini qeyd edən Afaq Şıxlı, May Van Fanın şeirlərində Vyetnam xalqı ilə yanaşı, bütün insanlığa ünvanlanmış ismarıclar olduğunu bildirib.
Millət vəkilləri – Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli, həmin işçi qrupunun üzvü İltizam Yusifov Azərbaycan-Vyetnam əlaqələrinin yeni istiqamətdə inkişaf yolunda parlamentlərarası, habelə mədəni əlaqələrin özünəməxsus yeri, rolu haqqında danışıblar. Millət vəkilləri May Van Fanın “Gün doğarkən” kitabının nəşrini qarşılıqlı mədəni, ədəbi əlaqələrdə önəmli hadisə kimi dəyərləndiriblər. Millət vəkilləri Vyetnamlı şairin alovlu bir vətənpərvər olmaqla yanaşı, dünyaya sevgi dolu şeirlərlə müraciət etdiyini, əsərlərindəki milli özünəməxsusluğun cazibəsi ilə beynəlxalq aləmdə tanınınb sevildiyini vurğulayıblar.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu Vyetnamlı bir gənc qızın Avrasiya Mətbuat Fondunda təcrübə keçdiyi vaxt Qarabağ torpaqlarına səfər edərkən köçkünlərlə görüşdə necə təsirləndiyini xatırlayıb, yol boyu kədərli düşüncələrə qərq olaraq onların taleyini düşündüyünü bildirib. U.Rəhimoğlu bu hadisənin Vyetnam xalqı ilə Azərbaycan xalqı arasındakı munis ünsiyyətin bir örnəyi kimi dəyərli olduğunu vurğulayıb, şairlərimizin yaradıcılığında belə munis ünsiyyətlərin öz ədəbi-bədii inkasını tapmasının vacibliyindən bəhs edib.
Şair May Van Fan çıxışında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya kitabın layihə rəhbəri kimi təşəkkürünü bildirərək, Qənirə xanımın adı və xidmətləri haqqında çox eşitdiyini vurğulayıb. Vyetnamlı şair Azərbaycanla ədəbi əlaqələrinin gerçəkləşməsində şair-yazarlar Əkbər Qoşalı, Afaq Şıxlı və Təranə Turan Rəhimli ilə yaradıcılıq ünsiyyətinin önəmli nəticələrindən də bəhs edib. Görkəmli Vyetnam şairi kitabının nəşrində və təqdimatında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Vyetnamlı ziyalılar – Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri, Elm və Texnologiya nazirinin keçmiş müavini, Vyetnam Milli Assambleyasının keçmiş üzvü Nghiem Vu Khai, şair-tərcüməçi, Rusiya Federasiyası Elmlər Akademiyasının əməkdaşı Dr. Nguyen Quoc Hunq görkəmli şair May Van Fanın “Gün doğarkən” kitabının nəşrini Azərbaycan-Vyetnam əlaqələrinə dəyərli töhfə kimi dəyərləndirib, bu ədəbi əlaqələrin gələcəkdə daha da genişlənməsi haqqında arzularını dilə gətiriblər. May Van Fanın öz ölkəsinin çox sevilən şairi kimi Azərbaycanda da tanınmasından, oxunmasından fərəh duyduqlarını vurğulayıblar. Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nghiem Vu Khai Sovet dövründə Azərbaycanda ali təhsil aldığını, o vaxtdan Azərbaycan xalqına böyük sevgilərlə bağlandığını qədirşünaslıqla söyləyib.
DGTYB Məsələhət Şurasının üzvü, ədəbiyyatşünas, şair-tərcüməçi Dos.Dr. Təranə Turan Rəhimli Vyetnam şairi May Van Fanla qarşılıqlı yaradıcılıq əlaqələrinin töhfələr verdiyini vurğulayıb. Vaxtı ilə şairin 10 şeirini Azərbaycan dilinə çevirən Təranə Turan Rəhimli, bu şeirlərin Azərbaycan, Vyetnam və Belçika mətbuatında nəşr edildiyini bildirib. May Van Fan poeziyasında Vyetnam təbiətinin və əməksevər insanının dolğun panoramını görən Təranə Turan bu gözəl şeirləri Azərbaycan oxucularının maraqla oxuyacağına və Vyetnamla ədəbi əlaqələrimizin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Əli Kərim adına Poeziya evinin direktoru, şair - tərcüməçi İbrahim İlyaslı, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, ADPU Quba filialıın əməkdaşı Səmayə xanım Hacıyeva çıxış edərək May Van Fanı “Gün doğarkən” kitabının nəşri münasibətilə ürəkdən təbrik edib, şairə yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirin sonunda təşəkkür sözü ilə çıxış edən May Van Fan təqdimatda iştirak edən ziyalılara və kitabın nəşr olunmasında əməyi keçənlərə bir daha öz minnətdarlığını bildirib.
Onlayn təqdimatın aparıcısı Ə.Qoşalı təqdimatda iştirak edən Azərbaycanın Vyetnamdakı Səfirliyinin müşaviri Aygün Səmədova, Hanoydakı Azərbaycan Elmi, Mədəniyyəti və Tarixini Araşdırmalar Mərkəzinin direktoru direktoru Dr. Dao Xuan Tien, Qardaş Özbəkistanın nüfuzlu “Kitab Dünyası” qəzetinin baş redaktoru Xasiyyat Rüstəm, DGTYB başqanı İntiqam Yaşar və Mədəniyyət Nazirliyi İctimai Şurasının sədr müavini Şahin Qədirliyə təşəkkür edib.
Sonda, onlayn təqdimatın təşəbbüskarı Q.Paşayeva bağlanış sözü sözləyib, “Gün doğarkən”in gələcəkdə Vyetnamda və Azərbaycanda geniş, canlı təqdimatlarında görüşmək arzusunu bildirib.
(Mənbə: Zərifə BƏŞİRQIZI,“Xalq qəzeti”)