Yenta dağındakı çiçəklər (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

May Van Fan

Rus dilindən çevirən: Afaq ŞIXLI

Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

 

 

Afaq ŞIXLI, şair-tərcüməçi

 

 

 

 

Yenta* dağındakı çiçəklər

(Bông hoa Yên Tử)

 

Dağın zirvəsində bitən çiçəklər

nə dəli rüzgarlardan qorxmuş,

nə başı üstdən ötən buludlardan.

 

Yeddi yüz il bundan öncə

İmperator

Xoanq Tran Nxan Tonq bu

çiçəklərin yanından ötərkən

onlara təzim etmiş.

 

Sən də, mən də, övladlarımız da –

onları görərkən baş əyib keçək!

 

... Dağın ətəyində bambuk dəyənəklərə dirənərək

irəliləyən ziyarətçilər gözlərini yuxarı dikmişdilər;

alışıb-yanan çiçəklərin tüstüsü göyə qalxırdı.

 

* Yent dağı Vyetnamın paytaxtı Xanoya çəhərindən 130 km məsafədə yerləşir. Hündürlüyü 1068 metrdir. Burada buddistlərin Çuk Lam sektasına məxsus, 11 məbəddən ibarət böyük bir kompleks vardır. Sektanın rəhbəri Vyetnam kralı Çan Nyan Tonq olmuşdur.

 

 

Mənbə : «Gün doğarkən», Bakı, 2022)

 

 

AFAQ ŞIXLI

 

AFAQ ŞIXLI (Şıxlinskaya) – həkim, şair, publisist, tərcüməçi.

 

Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, “Nicat” – Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədri, AYB-nin Moskva bölməsinin məsul katibi.

 

VOİCEPRESS djb.az-a istinadən xəbər verir ki, o,1969-cu il 25 iyunda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bakıda Azərbaycan Dövlət tibb institutunu bitirib. Moskva şəhərində Qorki adına Ədəbiyyat institutunun nəzdindəki Ali Ədəbiyyat kurslarına daxil olub.

 

Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Ailəlidir, iki övlad anasıdır. Çoxsaylı şeirlərin, hekayə və publisistik yazıların, eləcə də, rus, türk və tatar müasir və klassik ədəbiyyatından bədii tərcümələrin müəllifidir. Səkkiz kitabı nəşr olunub.

 

Əsərləri Türkiyə türkcəsinə, rus, ingilis, fransız, özbək və tatar dillərinə tərcümə olunub; Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Yaponiya, Latviya, Özbəkistan, Tacikstan kimi ölkələrin mətbuatında yayımlanmaqdadır.

 

Mikayıl Muşfiq adına mükafata, Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata layiq görülüb. Dədə Qorqud fondununMehriban Anaordeni ilə təltif olunub.

 

 

 

Minval.az - Баку возглавил рейтинг самых популярных городов для летнего  отдыха у россиян - Minval.az

Azərbaycan təbiəti şəkillər

 

 

 

 

 

BÀI KHÁC
1 2 

image advertisement
image advertisement
image advertisement




























Thiết kế bởi VNPT | Quản trị