Çay yatağındakı daşlar (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

May Van Fan

Rus dilindən çevirən: Afaq ŞIXLI

Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

 

 

Afaq ŞIXLI, şair-tərcüməçi

 

 

 

Çay yatağındakı daşlar

(Đá trong lòng suối)

 

Suların rahat axmasına izn verin!

Nə zamandır üşüyür bu daşlar...

 

Çağlayan suların yuyub buza döndərdiyi

hərəkətsiz, sakit daşlar...

 

Baharmı gəlmiş?

Çiçəklər cığırların boynuna dolanmış.

 

Quşlar cəh-cəh vurur...

Çaya sarı əyilmiş ağaclar yırğalandıqca

qayalar da silkələnir sanki.

Yabanı çiçəklərin gözəlliyi əbədi hüzur kimidir...

Gurultuyla axan sulara göz yumur daşlar.

 

Boz pəncəli lanqurlar*

ağacların kölgəsini silkələyir.

Narın-narın yağış yağır,

süzülür torpağın ən

mübhəm guşələrinə...

 

Buludlar səmadan asılı qalmış...

Quava** ətri bürümüş meşəni...

Kirpi iynələrini qabardıb durmuş...

 

Önəmli olan – hər kəs

və hər şey

öz yerindədir bu an...

 

__________

* Primatlar ailəsindən

** Meyvə növü

 

Mənbə : «Gün doğarkən», Bakı, 2022)

 

 

 

AFAQ ŞIXLI

 

AFAQ ŞIXLI (Şıxlinskaya) – həkim, şair, publisist, tərcüməçi.

 

Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, “Nicat” – Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədri, AYB-nin Moskva bölməsinin məsul katibi.

 

VOİCEPRESS djb.az-a istinadən xəbər verir ki, o,1969-cu il 25 iyunda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bakıda Azərbaycan Dövlət tibb institutunu bitirib. Moskva şəhərində Qorki adına Ədəbiyyat institutunun nəzdindəki Ali Ədəbiyyat kurslarına daxil olub.

 

Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Ailəlidir, iki övlad anasıdır. Çoxsaylı şeirlərin, hekayə və publisistik yazıların, eləcə də, rus, türk və tatar müasir və klassik ədəbiyyatından bədii tərcümələrin müəllifidir. Səkkiz kitabı nəşr olunub.

 

Əsərləri Türkiyə türkcəsinə, rus, ingilis, fransız, özbək və tatar dillərinə tərcümə olunub; Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Yaponiya, Latviya, Özbəkistan, Tacikstan kimi ölkələrin mətbuatında yayımlanmaqdadır.

 

Mikayıl Muşfiq adına mükafata, Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata layiq görülüb. Dədə Qorqud fondununMehriban Anaordeni ilə təltif olunub.

 

 

 

 

Салам, Азербайджан!» - ВолгоградТУР

Azərbaycan təbiəti şəkillər

 

 

 

 

 

 

BÀI KHÁC
1 2 

image advertisement
image advertisement
image advertisement




























Thiết kế bởi VNPT | Quản trị