LAYİHƏ RƏHBƏRİNDƏN - Qənirə PAŞAYEVA ​

LAYİHƏ RƏHBƏRİNDƏN

 

 

Qənirə PAŞAYEVA

 

 

 

Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq münasibətlərində Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana (1959) və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdə Vyetnama (1983) səfəri xüsusi hadisə olub, tarixi və mədəni əlaqələrin çox önəmli səhifəsini yaratmışdır. Bizə yaxşı mə- lumdur ki, Sovet dönə- mində yüzlərlə vyetnamlı tələbə, Azərbaycanın ali təhsil ocaqlarında oxuyub və onların çoxu hazırda Vyetnamın dövlət və höku- mət strukturlarında müxtə- lif vəzifələrdə çalışır.

 

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dip- lomatik münasibətlər 23 sentyabr 1992-ci ildən qu- rulmağa başlayıb. 2013-cü ildən etibarən Azərbaycanın Vyetnamda səfirliyi fəaliyyət göstərir. Əlbəttə, səfirliyin fəaliy- yətə başlaması ölkələrimiz arasındakı münasibətlərdə böyük irəliləyişə səbəb olub.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri (18-19 may 2014-cü il), Vyetnamın o vaxtkı Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri (13-15 may 2015-ci il) ölkələrimiz ara- sındakı münasibətlər tarı- xində yeni səhifə açıb, bütün sahələr, o cümlədən mədəniyyət üzrə əməkdaş- lığın inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, son illər içində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq quru- lub. Dost ölkələrimiz ara- sında qurulan parlamentlər- arası əlaqələr dinamik şə- kildə inkişaf etməkdədir; eyni zamanda, hər iki ölkənin müvafiq nazirlikləri və digər qurumları arasında birbaşa əlaqələr qurulub.

 

Eyni zamanda, Vyetnam Milli Assambleyasında Vyetnam - Azərbaycan Parlamentlərarası dostluq qrupu, Azərbaycan Respub- likasının Milli Məclisində Azərbaycan-Vyetnam Par- lamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Bu- nunla yanaşı ictimai birliklər – Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, bundan başqa, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi qurulub. Hər iki qurum ölkələrimiz arasında əla- qələrin davamlı inkişafına öz töhfəsini verməkdədir.

 

Mən Vyetnamda bir neçə dəfə olmuşam. Hər səfərim- də Vyetnamın rəsmi şəxsləri ilə yanaşı tanınmış QHT və KİV rəhbərləri ilə, aydınlar, yazarlar, mədəniyyət işçiləri və incəsənət xadimləri ilə görüşüb, fikir mübadiləsi aparmaq fürsə- tim olub. Belə görüş və fikir mübadilələrində yara- dıcı insanlar öndə olmaqla, bütövlükdə toplumlarımızın qarşılıqlı olaraq bir-birini daha yaxından tanımasına, əməkdaşlığın genişlənmə- sinə xidmət edən ideyalar, təşəbbüslər meydana çıxıb. Belə ideya və təşəbbüslərin zamanla gerçəkləşməsini görmək çox xoşdur.

 

Görkəmli Vyetnam şairi May Van Fanın şeirlərinin ilk dəfə azərbaycancaya çevrilməsini və Azərbay- canda ilk kitabının işıq üzü görməsini də təsadüfi saymıram. May Van Fanın yaradıcılığı Vyetnam mə- dəni-mənəvi iqlimini gözəl şəkildə əks etdirməkdədir. İkincisi, May Van Fan məhz o vicdanlı şairlər- dəndir ki, 44 günlük Vətən müharibəsi zamanı Azər- baycanın haqlı davasına mənəvi dəstək nümayiş etdirmişdir.

 

Qardaş Özbəkistanın nüfuzlu “Kitab dünyası” qəzetinin baş redaktoru, dəyərli bacımız Xasiyyət Rüstəmin təşəbbüsü ilə (müharibənin gedişində) hazırlanmış müvafiq Bəyanata imza atmış tanınmış şairlərdən biri də May Van Fan idi.

 

May Van Fanın “Gün doğarkən” şeirlər kitabının Azərbaycan-Vyetnam mə- dəni əlaqələrinin ən yeni tarixində elə məhz Gün kimi doğacağına inanıram.

 

Şairin şeirlərini ana dilimizə tərcümə edərək Azərbaycan oxucusuna qazandıran hörmətli şairə- miz Afaq xanım Şıxlıya və kitabın redaktoru Əkbər Qoşalıya bu iki ölkənin dostluğuna verdikləri töh- fəyə görə təşəkkür edirəm!

 

Qənirə PAŞAYEVA Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət

komitəsinin sədri, Azərbaycan - Vyetnam Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü.

 

 

 

PAŞAYEVA Qənirə Ələsgər qızı

 

1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professordur. Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olmuşdur. Gürcüstanın, habelə Türkiyənin bir çox vilayətlərinin fəxri vətəndaşıdır. Rus və ingilis dillərini bilir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədridir. 1998-ci ildən «ANS» televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmuş, 2012–2015-ci illərdə «Odlar Yurdu» Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik etmişdir. Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir. Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

BÀI KHÁC
1 2 

image advertisement
image advertisement
image advertisement




























Thiết kế bởi VNPT | Quản trị