"Yeni il səhəri" və digər şeirlər (şeirlər). May Van Fan. Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli

May Van Fan

Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli

 

 

Dr. Təranə Turan Rəhimli

 

 

 

YENİ İL SƏHƏRİ

 

Bir uşaq corabı tapdım

Yupyumşaq,

Yetişmiş sulu meyvə tək.

 

 

 

YENİ İL

 

Yolda

Quru otları yığıb  dəstə tuturam,

Köhnə ilin quyruğuna toxunuram.

 

 

 

GÖZƏL BAHAR HAVASI

 

Dincəlirəm,

Bir vedrə su doldurmuşam,

Onunla nə iş görəcəyəm, bilmirəm.

 

 

 

YENI iİLiN İLK GECƏSİ

 

Eşitmə dalğalarında

Bir şam yandırıram

Üzü dənizə  sarı.

 

 

 

Dr. Təranə Turan Rəhimli

 

Şair, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), filologiya üzrə fəlsəfə doktoru (2004), dosent (2011).

 

Təranə Yusif qızı Rəhimli 1970-ci il fevralın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində orta təhsil almışdır (1976-1986). O, 1990-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə ADPU-nun mətbu orqanı "Gənc müəllim" qəzetində müxbir və ədəbi işçi kimi fəaliyyət göstərmişdir . 1995-ci ildə universiteti bitirdikdən sonra həmin qəzetin məsul katibi və baş redaktoru vəzifələrində çalışmışdır. O, 1997-ci ildən "Kamal Talıbzadənin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlamış, 2004-cü ildə dissertasiyasını bitirərək müdafiə etmiş və elmlər namizədi adını almışdır. Təranə Yusif qızı Rəhimli 1989-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir. O, burada əvvəlcə laborant, baş laborant, sonra universitetin "Gənc müəllim" qəzetində ədəbi işçi, məsul katib, baş redaktor, daha sonra müəllim, baş müəllim, dosent vəzifəsi tutmuşdur. İlk şeir və məqalələri 1987-ci ildən çap olunmağa başlamışdır. Təranə Yusif qızı Rəhimlinin yaradıcı fəaliyyəti elmi, bədii və publisistik istiqamətləri əhatə edir. Hələ tələbəlik illərində onun «Qar çiçəyi», «Addımlar» ədəbi birliklərinin yaradılmasında, «Addımlar» poeziya almanaxının nəşrində xüsusi rolu olmuşdur. Dövrü mətbuatda bədii, elmi, publisist yazıları ilə 1987-ci ildən çıxış etməyə başlayan T.Rəhimli Azərbaycan Aşıqlar Birliyinin /poeziya şöbəsi üzrə/ (1992), Azərbaycan Jurnalistlər Birliyinin (1994), Dünya Gənc Türk Yazarlar Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin (1999) üzvü kimi respublikanın mötəbər ədəbi, elmi tədbirlərində Azərbaycan gəncliyini ləyaqətlə təmsil etmişdir. O, 1997-ci ildə prezident iqamətgahında ölkə başçısı Heydər Əliyevin gənc yazıçılarla görüşünün iştirakçısı olmuş, Azərbaycan Yazıçılarının X Qurultayına, Azərbaycan Qadınlar Qurultayına nümayəndə seçilmiş, bu tədbirlərdə onun məruzə və çıxışları maraqla qarşılanmışdır. O, 10-dan artıq elmi, bədii və publisistik kitabın redaktoru, ön söz müəllifi və rəyçisi olmuşdur. T.Rəhimli görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadənin elmi fəaliyyətinə həsr olunmuş «Böyük nəslin layiqli yadigarı» (2002) adlı monoqrafiyanın, «Dərdin pıçıltısı» adlı şeirlər kitabının (2007), «Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri» adlı dərs vəsaitinin (2008), “Sənə yazmadığım şeir” (Türkiyə/Ankara, 2013), “Sevgimdən tanıyacaqlar” (Türkiyə/İzmir, 2013) şeir kitablarının , "Azəbaycan nəsri və tənqid" (2017) monoqrafiyasının, 100-dən artıq elmi-nəzəri məqalənin, 200-dək oçerk, esse və publisist yazının müəllifidir. Mətbuat orqanlarında 1993-ci ildən əmək fəaliyyətinə başlayan T.Rəhimli «Gənc müəllim» qəzetinin məsul katibi, baş redaktoru (1993-2006), «Zaman» qəzetinin məsul katibi (1996-1997), «Azərbaycan mübarizləri» qəzetinin baş redaktoru (1999), «Təhsil problemləri» qəzetinin redaktoru (2007-2008) olmuşdur. Onun yaxın vaxtlarda yazıb tamamladığı «1960-1970-ci illər Azərbaycan nəsri ədəbi tənqiddə» mövzusunda doktorluq dissertasiyası uğurla müzakirə edilmişdir. Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsi, türk xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı və tənqidi, ədəbi əlaqələr sahələri üzrə tədqiqatları vardır.

 

T.Rəhimli ADPU-nun filologiya fakültəsinin magistratura və bakalavr pillələrində müxtəlif fənlərdən – Azərbaycan ədəbi tənqidinin tarixi, Qərb ölkələri ədəbiyyatı, Şərqi Slavyan xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatından mühazirələr aparır. O, tələbə-gənclərin elmi işə marağının artması yönümündə də təbliğati işlər görür, onların Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi tədbirlərdə təmsil olunmasına köməklik göstərir, hazırladıqları məruzə və tezislərə elmi rəhbər qayğısını əsirgəmir.

 

T.Rəhimlinin elmi potensialı onun daha ciddi tədqiqatlar üzərində işləməsinə şərait yaradır. O, Batı Trakya türkləri ədəbiyyatının, Azərbaycan ədəbi tənqidinin və bədii nəsrinin müxtəlif problemlərinə dair tədqiqatlar üzərində səylə işləyir, həmin məsələləri işıqlandıran elmi məqalələrini müntəzəm olaraq dövrü mətbuat orqanlarında nəşr etdirir. T.Rəhimlinin ədəbi-elmi fəaliyyəti haqqında ədəbiyyatımızın bir sıra görkəmli nümayəndələri – akademik Kamal Talıbzadə, xalq şairi Hüseyn Arif, Nüsrət Kəsəmənli, Oqtay Rza, Akif Səməd, Cavad Cavadlı, professorlar Himalay Qasımov, Abbas Hacıyev, Əzizxan Tanrıverdi, Təyyar Salamoğlu, Fəyyaz Sağlam, ədəbiyyatşünas Vasif Novruzov və b. yüksək fikir və rəylərini bildirmiş, onun yaradıcılığına dair müxtəlif mətbuat orqanlarında məqalələr dərc etdirmişlər.

 

 

 

Şərqi Zəngəzur-Naxçıvan dəhlizi: Azərbaycan və İran nə qazanır, Ermənistan  və Rusiya nə itirir? - BBC News Azərbaycanca

 

 

 

 

 

 

BÀI KHÁC
1 2 

image advertisement
image advertisement
image advertisement




























Thiết kế bởi VNPT | Quản trị