Dağ çayındakı daş - May Van Fan - Tərcümə: Səlim Babullaoğlu

May Van Fan

Tərcümə: Səlim Babullaoğlu

 

 

Səlim Babullaoğlu

 

 

 

"Şuşaya salam!" V gün

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-01 oktyabrda layihə tanınmış Vyetnam şairi May Van Fan ilə,  onun Şuşa barədə ürək sözləri və şeiri ilə davam edir.

 

May Van Fan / Vyetnam - görkəmli Vyetnam şairi

 

Salam əziz dostlar, Azərbaycan! Mən May Van Fan, Vyetnamın Xayfon şəhərindən olan şair, ədəbi tənqidçiyəm. Hələ məktəbdə oxuyarkən sizin gözəl ölkəniz, xeyirxah insanların yaşadığı, böyük mədəniyyətə sahib Azərbaycan haqqında eşitmişdim. Mən azərbaycanlıları, şuşalıları səmimiyyətlə salamlayıram. Şuşa şəhərini çox sevirəm. Gözəl təbiəti və insanları olan Şuşanı. Şuşa dünyaya bir çox vacib şair və bəstəkarlar bəxş edib. Çox şadam ki, bu böyük hadisənin bir hissəsinə çevrilmişəm. Salam, Şuşa! İndi mən sizə “Dağ çayındakı daş” şeirini Vyetnam dilində oxuyacağam.

 

 

 

 

Dağ çayındakı daş

(Đá trong lòng suối)

 

Sakit və səssiz dayanıbdı

gur, daim hərəkətdə olan,

bədən donduran şırnağın,

suların yuduğu daş.

 

Yoxsa yazmı gəlib?

Yosun cücərtiləri qamçı kimi

daşın yıpranmış iziylə uzanır.

Çoşqun axının üzərinə yağır

quşların cəh-cəhi yuxarıdan.

 

İri qəmbər daşın üstündəki ağacın kölgəsi tərpənir,

gah tutur, gah da açır günəşin qabağını.

Bu yabanı çiçəklərin gözəlliyi necə duruş gətirir,

necə toxunulmaz və əbədi qalır?

 

Gözlərini sakit-sakit yumur daş,

səs-küylü axının üzərindən axıb keçməsinə icazə verir.

Boz pəncəli meymun balası

kölgəsini yellədir ağacın.

 

Çiskinin pərakəndə damlaları

ən gizlin çıxıntılara belə yol tapır.

Buludlar tərpənməz asılıb göyüzündən.

Yetişmiş quayavanın ətri

bütün meşəni başına götürüb.

Kirpi iynələrini qabardıb, sanki donub.

 

Bu anda ən yaxşısı

hamının öz yerində sakit durmasıdır.

 

 

 

Youtube : SHUSHAYA SALAM MAY VAN FAN 01 10 2022

 

 

 

Səlim Babullaoğlu

 

Səlim Babullaoğlu (10 dekabr 1972, Əli-Bayramlı) — şair, tərcüməçi, esseist.

 

Həyatı

Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli Bayramlı şəhərində Səlimovlar ailəsində anadan olub.Şair, esseist, tərcüməçi; şeir və esseləri bir çox dünya dillərinə çevrilib; Prezident təqaüdçüsüdür (2008).

 

Şeir kitabları

«Tənha» (Bakı, 1996), «İyunda oxunan nəğmələr» (İstanbul, Türkiyə, 2006), «Ürək döyüntüsünə ithaf» (Vroslav, Polşa, 2007), «On» / E.Zalla birlikdə (Bakı, 2008), «Küləyə qarşı gedən qadın» / (Təbriz, İran, 2009), «Kapellhausda bir axşam»/ E.Zal və E.Hüseynbəyli ilə birlikdə (Bakı, 2009), «İlyas Göçmənin şəkil dəftəri» (Bakı, 2009), «Maskalı adamların himni» (Kiyev, Ukrayna, 2009), «Qarın şərhi» (Tiflis, Gürcüstan, 2010). Şerləri rus, ingilis, 2007-ci ildə Polşada polyak, özbək, gürcü dillərinə çevrilmiş və çap olunmuşdur.

 

Onun tərcüməsində B.Pasternak, Z.Herbert, Ç.Miloş, O.Vəli, F.H.Dağlarca və İ.Brodskinin şeir kitabları işıq üzü görüb.

 

"Nar budağı", "Kitab–2003", "Kitab–2004" milli ədəbiyyat mükafatlarına, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin 2002–ci il üçün müəyyənləşdirdiyi "İlin ən yaxşı tərcüməçisi", İLESAM-ın (Ankara) təsis etdiyi M.Füzuli adına Beynəlxalq Poeziya Mükafatına, Türkiyənin məşhur "Sali" art-foto qrupunun mükafatına, Qırğızıstan Qızıl qələm mükafatına və digər ödüllərə layiq görülmüşdür;

 

Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.

 

Dünya Ədəbiyyatı dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Beynəlxalq Ədəbiyyat Fondunun üzvüdür. Mərkəzi Asiya Pen Təşkilatının üzvüdür.

(Vikipediya)

 

 

 

Şuşaya salam - Anons - VİDEO

 

 

 

 

 

 

 

 

 

 

 

BÀI KHÁC
1 2 

image advertisement
image advertisement
image advertisement




























Thiết kế bởi VNPT | Quản trị