Məbədə* gedən yol (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

May Van Fan

Rus dilindən çevirən: Afaq ŞIXLI

Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

 

 

Afaq ŞIXLI, şair-tərcüməçi

 

 

 

Məbədə* gedən yol

(Lên chùa)

 

Yoxuşla

qalxaraq məbədin qapısına çatdığımızda

gözlərimin önündə Avalokiteşvara

Bodxisatvanın surəti canlandı.

 

Qəhvəyi çanta,

dik yaxalıq, enli uzun ətək

və bəyaz üzük –

sən aydın səma altında bir halə kimi

bərq vurursan.

 

Beynim dumanlanır...

Taqətsiz təkrar edirəm:

“Om mani padme hum!”**

 

Küləkli hava, yol kənarındakı tikanlı kollar.

Budaqları silkələyərək meşəyə

doğru qaçan canavarın səsi...

 

________________

* Burada müəllif bir buddist məbədini nəzərdə tutur.

** Tibet mantrasıdır və dərin sakral məna kəsb edir. Sanskritcə "Nilufər çiçəyində bərq vuran cəvahirə salam olsun" anlamına gəlir. Bəzi tərcümələrdə "İnsanın gerçək özünə salam" kimi də görülə bilir.


 

(Mənbə : «Gün doğarkən», Bakı, 2022)

 

 

 

AFAQ ŞIXLI

 

AFAQ ŞIXLI (Şıxlinskaya) – həkim, şair, publisist, tərcüməçi.

 

Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər birliyinin üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, “Nicat” – Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədri, AYB-nin Moskva bölməsinin məsul katibi.

 

VOİCEPRESS djb.az-a istinadən xəbər verir ki, o,1969-cu il 25 iyunda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bakıda Azərbaycan Dövlət tibb institutunu bitirib. Moskva şəhərində Qorki adına Ədəbiyyat institutunun nəzdindəki Ali Ədəbiyyat kurslarına daxil olub.

 

Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Ailəlidir, iki övlad anasıdır. Çoxsaylı şeirlərin, hekayə və publisistik yazıların, eləcə də, rus, türk və tatar müasir və klassik ədəbiyyatından bədii tərcümələrin müəllifidir. Səkkiz kitabı nəşr olunub.

 

Əsərləri Türkiyə türkcəsinə, rus, ingilis, fransız, özbək və tatar dillərinə tərcümə olunub; Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Yaponiya, Latviya, Özbəkistan, Tacikstan kimi ölkələrin mətbuatında yayımlanmaqdadır.

 

Mikayıl Muşfiq adına mükafata, Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata layiq görülüb. Dədə Qorqud fondununMehriban Anaordeni ilə təltif olunub.

 

 

 

 

Групповая экскурсия

Azərbaycan təbiəti şəkillər

 

 

 

 

 

BÀI KHÁC
1 2 

image advertisement
image advertisement
image advertisement




























Thiết kế bởi VNPT | Quản trị