Telefonda səni dinləmək (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

May Van Fan

Rus dilindən çevirən: Afaq ŞIXLI

Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

 

 

Afaq ŞIXLI, şair-tərcüməçi

 

 

 

Telefonda səni dinləmək

(Nghe em qua điện thoại)

 

Telefonda necə təmiz, necə xəfifdir səsin...

 

Bir içim su kimi...

Yenicə boy vermiş incə fidan...

Yetişmiş şirin bəhər...

Bulağın zümzüməsi kimi...

 

Xəttin o başınadək olan məsafə – tarlalar, düzlər, kəndlər...

Qapılar açılır aramızda. Səni eşidə bilirəm: ilıq torpaqda müqəddəs izlər açan dərin köklər, dərələrdən keçən çaylar, tikilən və çiçəklənən kəndlər, geniş düzlər, yamyaşıl tarlalar sayəsində.

Qoy duyum səsini!

 

Cəfəng və mənasız sözlər söyləməyə davam et.

Onsuz da...

bir neçə dəqiqə sonra adiləşəcək hər şey...

Getdikcə uzaqlaşan yosunlu dalğalar, zərifliyin şirin dadı

və çınqıllı sahil qalacaq yalnız...

 

 

Mənbə : «Gün doğarkən», Bakı, 2022)

 

 

 

AZAL və

Azərbaycan təbiəti şəkillər

 

 

 

 

 

BÀI KHÁC
1 2 

image advertisement
image advertisement
image advertisement




























Thiết kế bởi VNPT | Quản trị