Gün doğarkən (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

May Van Fan

Rus dilindən çevirən: Afaq ŞIXLI

Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

 

 

Afaq ŞIXLI, şair-tərcüməçi

 

 

 

Gün doğarkən

(Vô tình trong nắng sớm)

 

Yamaclarda selə dönən su...

Bir qaya başında

hüzur içində yatan daş...

Keçən gecə yağan yağış...

 

Yağışdan öncə və sonra burada oturan biri...

Sənsiz çox darıxıram...

Tərpənməyə belə qorxuram;

 

mavi səmanı içimə çəkirəm,

canıma hopsun deyə...

Bitmək bilməyən leysan yağışlar

çınqıl daşları yuyub

təmizləmək üçünmüş sanki...

 

Bu əsrarəngiz təbiət rəsmi həyatı

dəlicəsinə sevməyə vadar edir məni:

 

Günəş doğarkən

nur çilənir dağların zirvəsinə.

Torpaq bir ana bətnidir sanki...

 

Mənbə : «Gün doğarkən», Bakı, 2022)

 

 

 

 

Осень в Баку - Агентство Анадолу

Azərbaycan təbiəti şəkillər

 

 

 

 

 

BÀI KHÁC
1 2 

image advertisement
image advertisement
image advertisement




























Thiết kế bởi VNPT | Quản trị