Göylərin nəhayətsiz olduğu yer (şeirlər). May Van Fan. Rus dilindən çevirən: Afaq ŞIXLI. Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

May Van Fan

Rus dilindən çevirən: Afaq ŞIXLI

Redaktorlar: Əkbər QOŞALI, Afaq ŞIXLI

 

 

Afaq ŞIXLI, şair-tərcüməçi

 

 

 

Göylərin nəhayətsiz olduğu yer

(Nơi trời rộng)

 

İsti yay mövsümü bitmək üzrə...

Ağaclar

çağlayan bulaqların yaxınlığındaca susuzluqdan yanır...

 

Torunu cırmış balıqlar pozar zamanın düzənini.

Sonsuzluğa atlamadan öncə sıxılar insan.

 

Uca qüllələr

fəzanı zəbt etmiş sanki.

 

Göy muncuqlarla süslənmiş tac qoy başına, parlasın saçların.

Şimşək, ildırım, fırtına – qorxmaz heç nədən.

Sən də qorxma.

 

Üzün Ayın görünməyən tərəfi kimidir...

Şirin meyvə kimi,

qızıl rəngli düyü kimi...

 

Nədənsə düyü buxarına bürünmüş ixtiyar qadın və kişi surətləri kövrəldir

məni..

 

Buxar canıma hopur,

bir-birinə hörür buludları, hər nəfəsdə bir ümid doğurur.

Soyuq yağış üşüdür sinəmi.

Hər şeyi, ləziz bir yeməyin dadı kimi,

 

yaddaşıma həkk etmək üçün...

Həqiqət – kəlmələri azad edər, qurtuluş yox!

Özümə əmin olduqca

atəşin ağzındakı damğanı bir o qədər aydın görürəm...

 

Mənbə : «Gün doğarkən», Bakı, 2022)

 

 

 

 

What to do in Autumn in Azerbaijan? | INDY GUIDE

Azərbaycan təbiəti şəkillər

 

 

 

 

 

BÀI KHÁC
1 2 

image advertisement
image advertisement
image advertisement




























Thiết kế bởi VNPT | Quản trị